News
Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə məzarı ziyarət olunub
Əməkdar incəsənət xadimi, kinorejissor Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə məzarı ziyarət olunub.
Fevralın 6-da Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Şamil Mahmudbəyovun (1924-1997) anadan olmasının 100-cü ildönümü tamam oldu.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov və ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu görkəmli sənətkar haqqında fikirlərini çatdırdılar. Sonra Xalq artistləri Oqtay Mirqasımov, Şəfiqə Məmmədova, Xamis Muradov və prodüser Rasim Həsənov görkəmli rejissor haqqında xatirələrini bölüşdülər.
Nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzdülər.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə 100 illik yubileyi ərəfəsində kinorejissor Şamil Mahmudbəyovun baxımsız vəziyyətdə olan məzarı yenilənmişdir.






Xəbərlər

Azərbaycan Respublikasının Kino Agentliyində “Boşluğa Xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib.
2025-09-11 17:40:20

Film layihələrin pitçinq mərhələsinə hazırlığı ilə bağlı görüş keçirilib.
2025-09-11 17:24:08

“Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında
2025-09-11 17:18:17