Xəbərlər
Şahmar Ələkbərovun 80 illiyinə həsr olunmuş gecə keçiriləcək
Bu il Azərbaycan kinematoqrafiyasının inkişafına töhfələr vermiş görkəmli aktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) anadan olmasının 80 illiyidir.
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə sentyabrın 23-də Nizami Kino Mərkəzində unudulmaz sənətkarın yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək.
Tədbirdə kino xadiminin həmkarları və sənət dostları Şahmar Ələkbərovun yaradıcılıq yolundan danışacaq, xatirələrini bölüşəcəklər.
Gecədə aktyorun çəkildiyi və rejissor kimi lentə aldığı ekran əsərlərindən fraqmentlər nümayiş olunacaq.

Xəbərlər

Film layihələri müsabiqəsinin apellyasiya mərhələsi başa çatıb
2024-05-10 21:43:55

Orxan Fikrətoğlu: Kino bazarını yenidən və daha ədalətli şərtlərlə təşkilatlandırmaq fikrindəyik – MÜSAHİBƏ
2024-04-07 06:48:24

Gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edilib
2024-04-05 00:14:25