Beynəlxalq Təbliğat
Azərbaycan kinosunda mükafatlar və festival uğurları
1940−50-ci illərdə sənədli kino ustaları ölkədə baş verənlər haqqında operativ şəkildə cəmiyyəti məlumatlandırmaq üçün ictimai-siyasi, iqtisadi- mədəni prosesləri əks etdirən filmləri ilə kinonun əhəmiyyətini bir daha təsdiqləmiş oldular.
Müxtəlif peşə sahiblərinin həyatı və əmək fəaliyyəti həmin filmlərin məzmununa çevrildi, aktuallığına, əhəmiyyətinə görə bir sıra mükafatlara layiq görüldü. Roman Karmenin Xəzər neftçilərinin əməyindən bəhs edən filmi, 1953-cü ildə çəkdiyi “Xəzər neftçiləri haqqında dastan”, 1959-cu ildə ekranlaşdırdığı “Dənizi fəth edənlər” filmlərinin bir qrupu Lenin mükafatına layiq görüldü. Kinorejissor Muxtar Dadaşovun bir neçə filmi, o cümlədən “Sovet Azərbaycanı” ekran əsəri 1951-ci ildə Kann (Fransa) V Beynəlxalq Kinofestivalında elmi-kütləvi və pedaqoji filmlərə görə münsiflər heyətinin Xüsusi Mükafatını qazandı, “Səadət yolu ilə” filmi ÜİKTS-in Qızıl medalına layiq görüldü. “Leonid İliç Brejnev Bakıda” filmi Azərbaycan Dövlət Mükafatına layiq görüldü. Teymur Bəkirzadənin “Dissonans” filmi 1979-cu ildə Leninqradda VII Ümumittifaq idman filmləri kinofestivalında Qızıl Medal qazandı. Həmin ildə Aşqabadda XII Ümumittifaq Kinofestivalında parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin Diplomunu aldı. 1980-ci ildə Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının mükafatı verildi. 1982-ci ildə Budapeştdə qısametrajlı filmlərin Beynəlxalq kinofestivalında bürünc medal aldı. Xamis Muradovun “Əks-səda” və “Balaban” filmləri 1987-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görüldü. Sənədli kino ilə yanaşı, bədii kinoda da uğurlarını təsdiqləyən kino işçiləri nəinki respublikada, həmçinin ümumittfaq məkanda məşhurlaşdı, şöhrət qazandı.
Azərbaycan kinosunda mükafatlar və festival uğurları
1945-ci ildə ekranlara dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bütün dövrlər üçün aktuallığını qoruyub saxlayan “Arşın mal alan” kinokomediyası ikinci dəfə ekranlaşdırıldı.
1946-cı ildə bəstəkar Ü.Hacıbəyli, rejissor
R.Təhmasib, aktrisalardan L.Cavanşirova-Bədirbəyli, M.Kələntərli, aktyorlardan R.Behbudov, L.Abdullayev,
Ə.Hüseynzadə Stalin mükafatına layiq görüldü.
“Ögey ana” filmi 1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında III dərəcəli mükafata layiq
görüldü.
“Uzaq sahillərdə” müharibə dramı 1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq Kinofestivalında diplom,
bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə II mükafatı qazandırdı. “Cazibə qüvvəsi” novellası 1966-cı
ildə Moskvada idman filmlərinin I Ümumittifaq Kinofestivalında idman mövzusunun poetik təcəssümünə görə
diploma layiq görüldü.
“Arşın mal alan” (1965-ci il) kinokomediyası 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları
filmlərinin “Prometey–67” zona kinofestivalında ən yaxşı musiqili filmə görə Gürcüstan SSR Bəstəkarlar
İttifaqının mükafatına layiq görüldü.
“İyirmialtılar” kinodramı 1967-ci ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalında
Gürcüstan Kinematoqrafçılar İttifaqının diplom və mükafatını əldə etdi. 1968-ci ildə Leninqradda III
Ümumittifaq kinofestivalında ən yaxşı tarixi-inqilabi filmə görə yaradıcı kollektiv II mükafata layiq görüldü.
“Qaraca qız” kinonovellası 1967-ci ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona
kinofestivalında nümayiş olundu, Gürcüstan LKGİ MK-nın diplom və prizini qazandı.
“İnsan məskən salır” filmi 1968-ci ildə İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin
“Prometey–68” zona kinofestivalında kinorejissor Arif Babayevə ən yaxşı debütə görə diplom qazandırdı.
“Mən ki gözəl deyildim” filmi 1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının III zona
kinofestivalında uğur qazandı, qadın rolunun ən yaxşı ifasına görə aktrisa Xuraman Qasımovaya diplom verildi.
“Uşaqlığın son gecəsi” filmi 1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının “Prometey–69” III
zona kinofestivalında gənclik üçün ən yaxşı filmə görə mükafata layiq görüldü, bəstəkar Polad Bülbüloğluna
ən yaxşı musiqiyə görə Ukrayna Bəstəkarlar İttifaqının Xüsusi diplomu verildi.
Azərbaycan kinosunda mükafatlar və festival uğurları
“Bizim Cəbiş müəllim” müharibə dramı 1970-ci ildə Minskdə keçirilən IV Ümumittifaq kinofestivalında nümayiş olundu.
Aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaratdığına görə
SSRİ Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verildi.
“Şərikli çörək” filminə görə kinorejissor Şamil Mahmudbəyov və filmin ssenari müəllifi Alla Axundova 1970-ci
ildə Azərbaycan Dövlət mükafatına layiq görüldülər.
“Yeddi oğul istərəm” filminin yaradıcıları 1970-ci ildə Azərbaycan komsomolu mükafatını aldı.
“Axırıncı aşırım” filmi 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş olundu,
aktyorlardan Adil İsgəndərov və Həsən Məmmədov ən yaxşı kişi rollarına görə mükafat aldılar.
“Ömrün ilk saatı” filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında fəhlə sinfi və nəsillərin
varisliyi mövzusuna müraciətə görə rejissora həvəsləndirici diplom qazandırdı.
“Nəsimi” tarixi-bioqrafik filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən
yaxşı filmə görə mükafat aldı, aktyor Rasim Balayevə ən yaxşı kişi rolunun ifasına görə II mükafat verildi.
“Tütək səsi” müharibə dramı 1976-cı ildə Frunzedə (indiki Bişkek) keçirilən IX Ümumittifaq kinofestivalında
ssenari müəllifi İsa Hüseynova Qırğızıstan Yazıçılar İttifaqının diplom və mükafatını qazandırdı.
“Xoşbəxtlik qayğıları” sosial dramı 1977-ci ildə Riqada keçirilən X Ümumittifaq kinofestivalında “Məişətdə
keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə”
mükafatlandırıldı, filmin rejissoruna münsiflər heyətinin xüsusi diplomu verildi.
“Ad günü” filmi 1978-ci ildə Azərbaycan Dövlət mükafatına, 1979-cu ildə Bakıda keçirilən VIII Ümumittifaq
televiziya filmləri festivalında münsiflər heyətinin prizinə, 1980-ci ildə Berlində ADR televiziyasının diplomuna
layiq görüldü.
Azərbaycan kinosunda mükafatlar və festival uğurları
“Sevinc buxtası” kinodramının yaradıcıları 1978-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görüldü.
Quruluşçu rejissor E.Quliyev, ssenari müəllifi G.Mdivani, operator R.İsmayılov, rəsssam R.İsmayılov, aktyor Ə.Qədirov. Həmçinin film 1978-ci ildə İrəvanda keçirilən XI Ümumittifaq kinofestivalında “Avanqard” respublika gənclər
qəzetinin diplomunu aldı.
“İstintaq” kinodramı 1980-ci ildə Düşənbədə keçirilən XIII Ümumittifaq kinofestivalında ən yaxşı bədii filmə
görə Baş mükafat aldı, 1981-ci ildə yaradıcı üzvlərindən bir neçəsinə, ssenari müəllifi Rüstəm İbrahimbəyova,
rejissor Rasim
Ocaqova, operator Rafiq Qəmbərova, rəssam Fikrət Bağırova, aktyor Aleksandr Kalyaginə, Həsən
Məmmədova, Şəfiqə Məmmədovaya SSRİ Dövlət mükafatı verildi.
1970−80-ci illərdə “Qızıl uçurum”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Bağlı qapı”, “Nizami”, “Park”, “Qara
gölün cəngavərləri”, “Atları yəhərləyin”, “Şeytan göz qabağında”, “Yaramaz”, “Ölsəm... bağışla”, “Qəzəlxan”,
“Nakəs” və digər uğurlu filmlər müxtəlif festivalların mükafatlarına və Dövlət mükafatına layiq görülmüşdür.
1990-cı illərdə kino istehsalında yaranan tənəzzül yaradıcılıq prosesinə mənfi təsirini göstərsə də, Ayaz
Salayevin “Yarasa” filmi “A” kateqoriyalı Berlin kinofestivalının Forum seksiyasında nümayiş etdirilmiş ilk
Azərbaycan bədii filmi kimi tarixə düşdü. Film Anje şəhərində Qran-pri mükafatına layiq görüldü. “Özgə vaxt”
filmi 1997-ci ildə Madriddə I Beynəlxalq kinofestivalında iştirak etmiş, ən yaxşı rejissor işinə görə quruluşçu
rejissor Hüseyn Mehdiyev “Qızıl Sevilya”, ən yaxşı gənc aktrisa üçün Ayan Mirqasımova “Gümüş Sevilya”
mükafatlarına layiq görülmüşdür. Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmi 1998-ci ildə 44- cü
Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Kinofestivalında sülh məramına və yumoruna görə “Ulenşpigel”
mükafatına və digər 3 mükafata layiq görülmüşdür.
Azərbaycan kinosunda mükafatlar və festival uğurları
2005-ci ildə Kazanda "Qızıl Minbər" I Beynəlxalq kinofestivalında Oqtay Mirqasımovun “Ovsunçu” filminə festivalın ən yüksək mükafatı olan "Qran-Pri" verilmişdir.
Asif Rüstəmovun “Axınla aşağı” və Çingiz
Rəsulzadənin “Kuklalar” bədii filmləri müxtəlif illərdə Karlovı Varı Beynəlxalq Film Festivalında iştirak etmişdir.
Bundan əlavə, “Axınla aşağı” filmi Los-Anceles SEEfest Beynəlxalq Film Festivalında “Ən yaxşı debüt”
mükafatı qazanmışdır.
Müstəqil Azərbaycanın festival uğurları silsiləsi bu gün də uğurla davam edir. 2013-cü ildə gənc rejissorlar
Rüfət Həsənov və Elvin Adıgözəlin ekranlaşdırdığı “Buqələmun” filminin Lokarno Film Festivalında nümayişi ilə
öz intibahına qədəm qoydu.
Teymur Hacıyevın “Duz, istiot zövqə görə” filmi ilə 2018-ci ildə Rotterdam Film Festivalında, “Axşama doğru”
filmi ilə isə Beynəlxalq Rotterdam Film Festivalında iştirak etmişdir. “Axşama doğru” filmi eyni zamanda 2020-
ci ildə Kann Kino Festivalının “Kinotənqidçilər” həftəsində yer almışdır.
Elmar İmanovun “Mövsümün sonu” filmi Rotterdam Beynəlxalq Film Festivalında FIPRESCI mükafatına layiq
görülüb. Rejissorun diplom işi olan “Tabutçunun yelləncəyi” isə “Tələbə Oskarı” mükafatına layiq görülmüşdür.
Hilal Baydarovun “Xurmalar yetişən vaxt” adlı sənədli ekran işi 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında
və “Nyon Visions du Reel” Film Festivalında (İsveçrə) mükafatlara layiq görülmüş, 2020-ci ildə “Səpələnmiş
ölümlərlər arasında” filmi ilə Venesiya Film Festivalında əsas müsabiqəyə seçilmişdir.
Azərbaycan kinosunda mükafatlar və festival uğurları
Eyni ildə rejissor Rüfət Həsənov "Daxildəki ada" filmi ilə 26-cı Sarayevo Film Festivalında "Ən yaxşı rejissor" nominasiyasında qalib olaraq "Sarayevonun ürəyi" mükafatını əldə etmişdir.
İsmayıl Səfərəlinin “Balıqçının qızı” adlı tammetrajlı bədii filmi 2020-ci ildə Moskva Beynəlxalq Filmlər
Festivalının əsas müsabiqə proqramında iştirak etmişdir.
“Müqəddəs inək" adlı sənədli filmi ilə İmam Həsənov IDFA, Toronto Film Festivallarında iştirak edib.
Teymur Qəmbərovun “Quxuroba”, gənc rejissor Azər Quliyevin "Təngnəfəs" filmləri də Sarayevo Film
Festivalının "Oskar" kvalifikasiyalı qısametrajlı filmlər müsabiqəsinə vəsiqə qazanmışdır.
Digər gənc rejissor Lalə Əliyevanın “Pıçıldaşırlar, bəzən isə fəryad edirlər” filmi İsveçrənin Visions Du Reel
festivalında yer almışdır.
Təhminə Rafaellanın “Qadın”, Orxan Ağazadənin “Oturacaqlar” filmləri isə ABŞ-da keçirilən Oskar və Bafta
kvalifikasiyalı Palm Springs Beynəlxalq Qısa Film festivalında iştirak etmişdir.
2022-ci ildə Asif Rüstəmovun “Mərmər soyuğu” filmi “PÖFF Tallinn Black Nights” festivalında Xalq artisti
Qurban İsmayılovun filmdəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında qalib gəlmişdir.
Eyni ildə rejissor Vaqif Mustafayevin Vətən Müharibəsindən bəhs edən "Həyat, deyəsən, gözəldir" filmi Dədə
Qorqud (Korkut Ata) Film Festivalında "Ən yaxşı rejissor" mükafatının qalibi olmuşdur.
2023-cü ildə Nəzrin Ağamalıyevanın “Hədis” qısametrajlı animasiya filmi Annecy Beynəlxalq Animasiya
Filmləri Festivalının müsabiqəsinə daxil edilmişdir.
Azərbaycan Respublikasının Kino Agentliyi