Xəbərlər
Animatorların İnkişaf Proqramına Qəbul Başladı
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan
Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya
Assosiasiyasının təşkilatçılığı ilə Mədəni
və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Animatorların
İnkişaf Proqramı (Animator’s Accelerator) üçün müraciətlərin qəbuluna start verilir.
Bu
8 həftəlik təlim proqramı, yerli animatorların peşəkərlığının artırılması və beynəlxalq standartlara uyğun peşə bacarıqlarının
mənimsənilməsi məqsədilə həyata keçirilir. Təlimi nəzərə alaraq ən uğurlu iştirakçıların işlə təmin edilməsi
və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulur.
Bu
təlim "Lakeside" animasiya studiyasının kreativ direktoru Matthew Lyonnun
rəhbərliyi altında keçiriləcək. Onun beynəlxalq miqyasda qəbul edilmiş işləri
"Netflix" və "Apple TV" daxil olmaqla beynəlxalq yayım
platformasında və dünya tamaşaçıları tərəfindən rəğbətlə qarşılanmışdır.
Qeydiyyat
oktyabrın 8-nə qədər davam edəcəkdir. Təlim proqramında iştirak etmək
istəyənlər tərcümeyi-halını və filmoqrafiyasını
(əgər varsa) [email protected]
ünvanına
göndərə bilərlər.
Animatorların
İnkişaf Proqramı (Animator’s Accelerator)
təlim proqramı, yerli animasiya sahəsində kreativ və peşəkar
animatorları beynəlxalq səviyyədə tanitmağı hədəfləyir və Azərbaycan animasiya
sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il
22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər
Planının 1.1.14-cü yarımbəndinə əsasən.

Xəbərlər

Film layihələri müsabiqəsinin apellyasiya mərhələsi başa çatıb
2024-05-10 21:43:55

Orxan Fikrətoğlu: Kino bazarını yenidən və daha ədalətli şərtlərlə təşkilatlandırmaq fikrindəyik – MÜSAHİBƏ
2024-04-07 06:48:24

Gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edilib
2024-04-05 00:14:25