Xəbərlər
“Məryəm” tammetrajlı bədii filminin premyerası keçiriləcək
8-11 oktyabr tarixlərində keçiriləcək 3-cü “Korkut Ata”
Türk Dünyası Film Festivalının müsabiqə proqramı çərçivəsində “Məryəm”
tammetrajlı bədii filminin premyerası keçiriləcək.
Mədəniyyət Nazirliyinin dəstəyilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının “TRT” və “Sinema evi” ilə müştərək istehsalı olan “Məryəm”
filminin nümayişi 10 oktyabr 2023-ci il tarixində 19:00-da Nizami Kino Mərkəzində
baş tutacaq.
Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu,
prodüseri Fariz Əhmədov, təsvir rejissoru Orxan Abbasov, quruluşçu rəssamı Zaur
Abdullayev, bəstəkar Azər Hacıəsgərlidir. Əsas rolları Təhminə Rafaella, Ayşad
Məmmədov, Zaur Şəfiyev, Ərtoğrul Kamalov ifa edirlər.
Ekran əsərinin süjet xətti baş qəhrəmanın uzun illər sonra
atasını axtarmaq üçün Azərbaycana gəlişi üzərində qurulub. Belə ki, atasını
ucqar bölgədə yerləşən psixiatrik xəstəxanada tapan Məryəm, yeni reallıqla
üz-üzə qalır ki, bu zaman da ortaya “nə etməli?” sualı çıxır.
Xəbərlər
Film layihələri müsabiqəsinin apellyasiya mərhələsi başa çatıb
2024-05-10 21:43:55
Orxan Fikrətoğlu: Kino bazarını yenidən və daha ədalətli şərtlərlə təşkilatlandırmaq fikrindəyik – MÜSAHİBƏ
2024-04-07 06:48:24
Gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edilib
2024-04-05 00:14:25