Xəbərlər
III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb
III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə 8-11 oktyabr tarixlərində paytaxtımızda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb.
Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində festivalın bağlanış
mərasimi keçirilib.
Mərasimdə rəsmi şəxslər, türk dünyasının tanınmış sənət
adamları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə dörd gün davam edən festivala həsr olunan videoçarx
nümayiş olunub.
Açılış nitqi söyləyən TÜRKSOY-un baş katibi Sultan Raev
qonaqları salamlayıb. Festival barədə təəssüratlarını bildirən S.Raev Azərbaycanda
olmağından məmnunluğunu ifadə edib. III “Korkut Ata” Türk Dünyası Film
Festivalı türk dünyası filmlərini tanıtmaq üçün böyük bir fürsətdir. Bu
festivala gələcəkdə də dəstək olmağa davam edəcəyik".
Sultan Raev çıxışının sonunda TÜRKSOY-un xüsusi mükafatını
Xalq artisti Fəxrəddin Manafova təqdim edib.
Münsiflər heyətinin sədri Xalq artisti Vaqif Mustafayev
festivalın əhəmiyyətindən bəhs edib.
Daha sonra sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər
heyəti qonaqlara təqdim olunub.
Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə
Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan),
Serdar Gökhan, Metin Günay ( hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov,
Orman Əliyev, Ağasi Məmmədli (hamısı Azərbaycan),
Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) fəxri
mükafatlarla təltif olunub.
"Jambıl" filminə görə qazaxıstanlı aktyor Dosjan
Janbotaev, "Hep 33 yaşında" filminə görə türkiyəli rejissor Murat Pay
jürinin xüsusi mükafatına layiq görülüb.
“Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet
Amandurdiyev ("Qızıl alma", Türkmənistan), "Ən yaxşı
aktrisa" nominasiya üzrə mükafatı isə Təhminə Rafaella ("Məryəm",
Azərbaycan) qazanıb.
“Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” (Özbəkistan)
filmi layiq görülüb.
"Ən yaxşı rejissor" nominasiyasında Zhuraeva Asel
Talibzhanova ("Tanrıverdi", Qırğızıstan) qalib olub.
"Ən yaxşı sənədli film" nominasiyasında 3-cü
mükafat “Mənim dairəm” (Özbəkistan), 2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və
əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb.
"Ən yaxşı bədii film” nominasiyasında "Yıldız
tozu" (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib olub. Mükafat Bakı
Media Mərkəzinin Prezidenti Arzu xanım Əliyeva tərəfindən təqdim edilib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli
növbəti “Korkut Ata” festivalının Türkmənistan Anev şəhərinə ötürülməsini və
orada keçiriləcəyini simvolizə edən “Durna quşu” mükafatını Türkmənistan
Respublikasının nümayəndəsinə təqdim edib.
Adil Kərimli çıxışında III “Korkut Ata” Türk Dünyası Film
Festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Festivalın təşkilində əməyi
keçənlərə təşəkkürünü bildirib.
Daha sonra "Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.














Xəbərlər

Film layihələri müsabiqəsinin apellyasiya mərhələsi başa çatıb
2024-05-10 21:43:55

Orxan Fikrətoğlu: Kino bazarını yenidən və daha ədalətli şərtlərlə təşkilatlandırmaq fikrindəyik – MÜSAHİBƏ
2024-04-07 06:48:24

Gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edilib
2024-04-05 00:14:25