Xəbərlər
Azərbaycan ilk dəfədir Çin Xalq Respublikasının ən böyük televiziya və film bazarında təmsil olunub.
Azərbaycan Respublikası Kino Agentliyi 21–24 iyun 2025-ci il tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən Şanxay Beynəlxalq Televiziya və Film Bazarında (Shanghai International Film & TV Market) ölkəmizi təmsil edib.
Şanxay Beynəlxalq Televiziya və Film Bazarı, Asiyanın ən nüfuzlu sənaye tədbirlərindən biri olmaqla, hər il dünyanın müxtəlif ölkələrindən televiziya və kino sahəsində fəaliyyət göstərən şirkətləri, prodüserləri, yayımçılar və investorları bir araya gətirir. Tədbir çərçivəsində layihələrin təqdimatı, birgə istehsal imkanlarının müzakirəsi və yeni əməkdaşlıqların qurulması üçün geniş platforma yaradılır.
Azərbaycan Respublikasının mədəniyyətinin və audiovizual potensialının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Kino Agentliyi tərəfindən bir sıra təşəbbüslər həyata keçirilib. Belə ki, “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrasının təmin olunması istiqamətində ölkəmizin film çəkilişi məkanı kimi təbliği və birgə istehsal imkanlarının araşdırılması məqsədilə beynəlxalq tərəfdaşlarla görüşlər keçirilib.
Tədbir çərçivəsində Türkiyə Respublikasının Sinema Genel Müdürlüğü, Gürcüstan Milli Film Mərkəzi, "Kyrgyzstasmasy" Qırğızıstan Dövlət Kino Mərkəzi, Səudiyyə Ərəbistanın Film Komissiyası və digər ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər baş tutub. Eyni zamanda, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair Tədbirlər Planının 2-ci, 83–84-cü bəndlərinin icrası çərçivəsində Çin kino sənayesi nümayəndələri ilə danışıqlar aparılıb.





Xəbərlər

Azərbaycan və Xorvatiya mədəni əməkdaşlıqda yeni mərhələdə
2025-06-25 14:55:22

Azərbaycan Respublikası Nazirlər Kabineti ölkədə kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edib
2025-06-23 10:28:33

Film layihələri müsabiqəsinin apellyasiya mərhələsi başa çatıb
2024-05-10 21:43:55