Xəbərlər
“Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında
Rejissor və ssenarist Hacı Səfərovun “Tərsinə kölgələr” debüt filmi 21-ci Kazan Beynəlxalq Film Festivalının “Qısametrajlı filmlər” müsabiqə proqramında nümayiş olunub.
“Çinarfilm” tərəfindən istehsal olunan film Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanından ilhamlanaraq lentə alınıb. Baş rolları aktyorlar Rasim Cəfər və Zülfiyyə Nəzər Məmmədova canlandırır. “Tərsinə kölgələr” Azərbaycan Kinematoqrafçılar İttifaqı, “Ultra production” və “Duyme Agency”nin dəstəyi ilə ərsəyə gəlib. Filmin prodüserləri Emil Nəcəfov, Türkan Hüseyn, Hacı Səfərov, operatoru isə Elvin Məmməddir. Qeyd edək ki, bu layihə Azərbaycan Respublikası Kino Agentliyinin “Post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qalibləri sırasında yer alır. Azərbaycan Respublikasının Kino Agentliyi filmin yaradıcı heyyətini təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Xəbərlər

Azərbaycan Respublikasının Kino Agentliyində “Boşluğa Xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib.
2025-09-11 17:40:20

Film layihələrin pitçinq mərhələsinə hazırlığı ilə bağlı görüş keçirilib.
2025-09-11 17:24:08

2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri”müsabiqəsinin pitçinq mərhələsinə keçən layihələr elan edilir!
2025-08-04 21:34:33