arrow-backGeri qayıt

Xəbərlər

2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin qalibləri elan edilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən keçirilən 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi yekunlaşıb.

Pitçinq mərhələsində iştirak edən 31 layihə Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası tərəfindən qiymətləndirilib. Ekspert Şurasının qərarına əsasən 18 layihə istehsal dəstəyi almaq hüququ qazanıb. Qalib layihələrin təqdim etdiyi limit xərc cədvəllərinə əsasən onlara ümumilikdə 2 763 861 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Növbəti mərhələdə limit xərc cədvəlləri əsasında layihələrin yekun smetaları təsdiq ediləcək, daha sonra “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflər arasında müqavilələr bağlanacaq.

Bundan əlavə, 5 layihə – “Meşə növbətçisi” (CNF, tammetrajlı bədii), “Bir, iki, üç” (Nova Gorica Kino Mərkəzi, tammetrajlı bədii), “İkimiz” (Karvan Production, qısametrajlı bədii), “Rüzgarın melodiyası” (Navis, qısametrajlı bədii) və “Yuyunma – Bu bir film deyil” (Navis, sənədli) növbəti ilin müsabiqəsinin birbaşa pitçinq mərhələsində iştirak hüququ qazanıb. Həmin layihələr Bədii Keyfiyyətə Nəzarət Komissiyasının iştirakı ilə təkmilləşdiriləcək.

Qalib layihələrin siyahısı ilə aşağıda tanış ola bilərsiniz.

Tammetrajlı bədii filmlər (3): Karvan Production — “İki Xaqan”; Buta Film — “Yeddi məhbusə”; Old Stone Film — “Begemot”.

Qısametrajlı bədii filmlər (1): Buta Film — “Velosiped sürmək üçün uğurlu gün”.

Animasiya filmləri (8): Marshal — “Qəhrəman”; Crombone — “Çənlibel”; Animafilm — “İsi, Piti və Novruz bayramı”; PR Agency — “Tumurcuqlar”; Peri Film — “Səma qızı”; Lilitopia — “Dovşan ilə Canavar”; Lilitopia — “Xalça”; İnvico — “Şüşədəki xatirələr”.

Sənədli-bədii filmlər (2): OD Media-Production — “Sükutun ardınca”; Nova Gorica Kino Mərkəzi — “Türkün həyat ağacı”.

Sənədli filmlər (4): OD Media-Production — “Murov”; Cultura Service — “Parisin fatehi – Zelim Kotsoyev”; Cinema ART — “Ömür abidəsi”; Propaganda — “Öz evimdə”.

Xəbərlər