Xəbərlər
“Qara pişik, ağ şanı” filmi UMUT Beynəlxalq Sənədli Film Festivalında mükafat qazanıb
Rejissor Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filmi UMUT Beynəlxalq Sənədli Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Filmin prodüserləri Türkan Hüseyn və Emil Nəcəfovdur. “Chinar Film” tərəfindən istehsal olunan ekran əsərinin post-prodakşn mərhələsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə həyata keçirilib.
Film ailənin insan şəxsiyyətinə təsiri, valideynlərin həyat yolunun övladların taleyində izi və insanın özünü kəşf etməsi kimi dərin psixoloji və sosial mövzulara toxunur.
Xatırladaq ki, filmin dünya premyerası Balkanların ən nüfuzlu və köklü kino tədbirlərindən olan Monteneqronun Herseq-Novi Beynəlxalq Film Festivalında keçirilib. Azərbaycan Respublikasının Kino Agentliyi filmin yaradıcı heyətini təbrik edir.
Xəbərlər
2020–2026-cı illərdə Azərbaycanda 126 tammetrajlı bədii film istehsal olunmuşdur.
2026-10-29 10:27:03
ARKA birgə istehsal üzrə 5 yeni film layihəsinə maliyyə dəstəyi ayırıb
2026-10-29 03:23:19
2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin qalibləri elan edilib
2026-10-29 03:23:19