arrow-backGeri qayıt

Xəbərlər

Azərbaycan prodüserləri MIPCOM-da təmsil olunub

Oktyabrın 12-15-də Fransanın Kann şəhərində keçirilən MIPCOM beynəlxalq audiovizual kontent bazarında Azərbaycan “SFN Production” və “Animafilm” şirkətləri tərəfindən təmsil olunub. İştirak Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə təmin edilib.

MIPCOM dünyanın aparıcı televiziya və audiovizual kontent bazarlarından biri hesab olunur. Hər il bazarda müxtəlif ölkələrdən televiziya kanalları, yayım və strim platformaları, prodüserlər, distribyutorlar və sənayenin digər nümayəndələri bir araya gəlir.

Bazar beynəlxalq əməkdaşlığın inkişafı, audiovizual layihələrin təqdimatı və yeni işgüzar əlaqələrin qurulması üçün mühüm platformadır. Yerli şirkətlərin belə tədbirlərdə iştirakı Azərbaycan audiovizual məhsullarının beynəlxalq bazarlarda tanıdılmasına və birgə istehsal imkanlarının genişlənməsinə xidmət edir.

Xəbərlər