arrow-backGeri qayıt

Xəbərlər

Arzu xanım Əliyevanın doğum günüdür

Bu gün ölkəmizin mədəni-ictimai həyatında nəcib əməlləri ilə yaxından iştirak edərək milli mədəniyyətimizin, xüsusilə Azərbaycan kinematoqrafiyasının inkişafına böyük töhfələr verən Arzu xanım Əliyevanın doğum günüdür.

Onun hər bir Azərbaycan gənci üçün örnək olacaq, mədəni-ictimai həyatın müxtəlif sahələrindəki uğurlu fəaliyyəti böyük rəğbətə və təqdirəlayiqdir.

A.Əliyevanın rəhbərliyi ilə Bakı Media Mərkəzi tərəfindən bugünədək kino və digər audiovizual sənaye sahələrində çoxsaylı yerli və beynəlxalq uğurlu layihələrə imza atılmışdır. ​

Bakı Media Mərkəzinin tarixi əhəmiyyətli mövzularda ərsəyə gətirdiyi “Hədəf Bakıdır. Hitler Neft uğrunda döyüşü necə uduzdu”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Bir günəş altında”, “İz”, “Miras” kimi filmlər tamaşaçılar tərəfindən sevilir və maraqla izlənilir.

Xüsusilə, Bakı Media Mərkəzi tərəfindən istehsal olunmuş “İlham”, “Şuşa, sən azadsan!”, “Biz”, “Hadrut, sən azadsan!”, “Zəfər meydanı” kimi filmlər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı Şanlı Qələbənin kino salnaməsinin yaradılmasına böyük töhfə vermişdir.

​Təsadüfi deyil ki, Arzu xanım Əliyeva türk mədəniyyət və incəsənətinin inkişafına verdiyiniz töhfələrə görə birinci “Korkut Ata” Türk Dünyası Film Festivalında “Şərəf mükafatı”na layiq görülmüşdür.

Azərbaycan Respublikasının Kino Agentliyi Arzu xanım Əliyevanı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, nəcib və xeyirxah işlərində yeni-yeni uğurlar arzulayır.

Xəbərlər