Xəbərlər
Azərbaycan Respublikasının Kino Agentliyində “Boşluğa Xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib.
10 sentyabr 2025-ci il tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş ofisində “Boşluğa Xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib. Görüş zamanı “Boşluğa Xütbə” filminin Venesiya Beynəlxalq Film Festivalındakı uğurları və filmin beynəlxalq səviyyədə yaratdığı maraq müzakirə edilib. Eyni zamanda, gələcək əməkdaşlıq imkanları və Azərbaycan kinematoqrafiyasının beynəlxalq aləmdə tanıdılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Görüşün sonunda Hilal Baydarova Azərbaycan kinematoqrafiyasının inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.
Xəbərlər
Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət gö stərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən “Bakı Türkoloji Qurultayı – 100 il” xüsusi müsabiqəsi elan edilir.
2026-05-01 15:46:48
Daşkənddə “Molla Nəsrəddin – çətin günlərimin dostu” filmi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
2025-12-23 16:27:22
Film layihələrin pitçinq mərhələsinə hazırlığı ilə bağlı görüş keçirilib.
2025-09-11 17:24:08