arrow-backGeri qayıt

Xəbərlər

Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət gö stərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən “Bakı Türkoloji Qurultayı – 100 il” xüsusi müsabiqəsi elan edilir.

Müsabiqə “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair Tədbirlər Planı” çərçivəsində film layihəsinin seçilməsi məqsədilə keçirilir. Müsabiqəyə təqdim ediləcək layihələr bədii-sənədli film kateqoriyasına aid olmalı, Azərbaycan dilində hazırlanmalı və müəyyən edilmiş tələblərə uyğun təqdim edilməlidir.

Reqlamentlə tanışlıq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz. Sənədlər müsabiqə elan edildiyi tarixdən 14 may 2026-cı il tarixinə kimi elektron qaydada ([email protected]) qəbul olunacaqdır.

Reqlamentə keçid

Xəbərlər