Xəbərlər
Tofiq Tağızadənin 105 illik yubileyi münasibətilə məzarı ziyarət olunub
Xalq artisti, kinorejissor Tofiq Tağızadənin 105 illik yubileyi münasibətilə məzarı ziyarət olunub.
Fevralın 7-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor, Xalq artisti Tofiq Tağızadənin (1919-1998) anadan olmasının 105-ci ildönümü tamam oldu.
Sonra Xalq artisti, kinorejissor Oqtay Mirqasımov görkəmli rejissoru ilk dəfə “Uzaq sahillərdə” filminin çəkilişi zamanı gördüyünü, daha sonra kinostudiyada işə götürülərkən onun filmində təcrübə keçdiyini və uzun illər dostluq etdiyini xatırladı.
Sənətkarın ailəsi adından çıxış edən Əməkdar artist Firdovsi Atakişiyev T.Tağızadə ilə səmimi münasibətlərindən danışdı, onun yaradıcılıq irsinin Azərbaycan Dövlət Film Fondunda qorunmasından bəhs etdi, sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Qeyd edək ki, Tofiq Tağızadə quruluşçu rejissor kimi Azərbaycan kinosu tarixinə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və başqa məşhur ekran əsərlərini bəxş edib.
Xəbərlər
Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət gö stərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən “Bakı Türkoloji Qurultayı – 100 il” xüsusi müsabiqəsi elan edilir.
2026-05-01 15:46:48
Daşkənddə “Molla Nəsrəddin – çətin günlərimin dostu” filmi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
2025-12-23 16:27:22
Azərbaycan Respublikasının Kino Agentliyində “Boşluğa Xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib.
2025-09-11 17:40:20