Xəbərlər
Hər iki kino ittifaqının birləşməsinə qərar verilib
Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Bu barədə Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı keçirilən konfransda yekdilliklə qərar qəbul olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilən Rasim Balayev çıxışında Şəfiqə Məmmədovanın namizədliyini geri götürəcəyini gözləmədiyini deyib və onu etimad göstərənlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Bakıda keçirilən tədbirdə hər iki kino ittifaqının birləşməsinə qərar verilib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
Bu münasibətlə kino xadimlərini təbrik edir və İttifaqın gələcək fəaliyyətində uğurlar arzu edirik.
Xəbərlər
Daşkənddə “Molla Nəsrəddin – çətin günlərimin dostu” filmi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
2025-12-23 16:27:22
Azərbaycan Respublikasının Kino Agentliyində “Boşluğa Xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib.
2025-09-11 17:40:20
Film layihələrin pitçinq mərhələsinə hazırlığı ilə bağlı görüş keçirilib.
2025-09-11 17:24:08