Xəbərlər
Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
2025-ci il iyulun 1-də Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şurasının iclası keçirilmişdir. İclas zamanı Agentliyin fəaliyyəti, strateji hədəfləri və qarşıdakı dövr üçün planlarla bağlı ətraflı təqdimatlar nümayiş etdirilmişdir.
İclasda ARKA-nın 2025-ci ilin 2 may tarixinədək olan dövr üzrə fəaliyyəti ilə bağlı hesabat təqdim olunmuşdur. Hesabatda yerli və beynəlxalq sahədə qurulmuş əməkdaşlıqlar, film layihələrinin dəstəklənməsi və kinematoqrafiya sahəsində həyata keçirilən islahatlarla bağlı görülmüş işlərə yer verilmişdir.
Tədbir çərçivəsində Agentlik tərəfindən növbəti dövr üçün əsas fəaliyyət istiqamətlərini əhatə edən təqdimatlar nümayiş etdirilmişdir. Təqdimatlarda ARKA-nın 2025-ci ilin ikinci yarısı üzrə fəaliyyət planı, rəqəmsallaşma istiqamətində nəzərdə tutulan tədbirlər, 2025-ci ilin maliyyə planı və 2026-cı il üzrə maliyyə proqnozu, həmçinin kino müəssələrinin birgə fəaliyyət mexanizimləri və buna uyğun olaraq inzibati idarəetmənin təkminləşdirilməsi haqqında təkliflər təqdim edilmişdir.
Agentliyin gələcək fəaliyyət istiqamətləri və iclasın gündəliyindəki məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Müşahidə Şurası tərəfindən təqdimatlar yüksək qiymətləndirmiş Agentliyin gələcək fəaliyyəti ilə bağlı tövsiyələr verilmişdir.










Xəbərlər

Azərbaycan Respublikasının Kino Agentliyində “Boşluğa Xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib.
2025-09-11 17:40:20

Film layihələrin pitçinq mərhələsinə hazırlığı ilə bağlı görüş keçirilib.
2025-09-11 17:24:08

“Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında
2025-09-11 17:18:17