Xəbərlər
Kino sənayesinə vergi güzəştləri tətbiq olunacaq
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2025-ci il iyulun 1-dən etibarən kino sənayesinin inkişafını stimullaşdırmaq məqsədilə aşağıdakı vergi güzəşti qüvvəyə minir:
Fiziki şəxs olan istehlakçılar tərəfindən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi həmin şəxslərə geri qaytarılacaq.
İlin əvvəlindən tədbiq olunan güzəştlər isə bunlardır:
Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçən və film istehsalı və dublyajı fəaliyyəti ilə məşğul olan kinematoqrafiya müəssisələri və filmin prodüserləri bu fəaliyyətlərdən əldə etdikləri mənfəətin 90 faizi üzrə 5 il müddətinə mənfəət vergisindən azad olunurlar;
Film istehsalı və dublyajı sahəsində fəaliyyət göstərən fiziki şəxslər və prodüserlər həmin fəaliyyətlərdən əldə etdikləri gəlirin 90 faizi üzrə 5 il müddətinə gəlir vergisindən azad edilirlər;
Film istehsalı, yayımı və dublyajı sahəsində fəaliyyət göstərən kinematoqrafiya müəssisələri və prodüserlərin istifadə etdikləri obyektlərin yerləşdiyi torpaqlar 5 il müddətinə torpaq vergisindən azad edilir;
Filmin istehsalı, yayımı və dublyajı fəaliyyətlərinə aid olan qeyri-maddi aktivlər (məsələn, ssenarilər, musiqi əsərləri və s.) üzrə müəllif hüquqlarından istifadə və ya istifadə hüquqlarının verilməsindən əldə olunan royalti gəlirləri 5 il müddətinə 14 faiz dərəcə ilə ödəmə tətbiq edilən vergidən azad olunur.
Bu dəyişikliklər Azərbaycan kino sənayesinin inkişafına töhfə vermək və yerli istehsalın təşviqi məqsədi daşıyır.
Xəbərlər
Daşkənddə “Molla Nəsrəddin – çətin günlərimin dostu” filmi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
2025-12-23 16:27:22
Azərbaycan Respublikasının Kino Agentliyində “Boşluğa Xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib.
2025-09-11 17:40:20
Film layihələrin pitçinq mərhələsinə hazırlığı ilə bağlı görüş keçirilib.
2025-09-11 17:24:08