Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi" elan edir!



Müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və müvafiq sahədə özəl sektorun dəstəklənməsi, müvafiq sahədə fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.

Reqlamentlə tanışlıq və Müsabiqəyə müraciət üçün aşağıdakı linklərdən keçid edə bilərsiniz. Müraciət qəbulunun başlanma tarixi 1 iyun 2026-cı il.

Azərbaycan Respublikasının Kino Agentliyi

01 dən 07

Haqqımızda

Ölkədə film istehsalının stimullaşdırılması və səmərəliliyinin artırılması, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsi məqsədi ilə keçirilməsi nəzərdə tutulan yeni müsabiqə yaxın vaxtlarda elan ediləcək.

Xəbərlər